08.10.2019

“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir

Yeni dərs ilinin başlaması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən sentyabrın 15-dən respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Bu gün Neftçala şəhər S.İmanov adına 1 saylı və E.Həbibov adına 4 saylı tam orta məktəbdə Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən respublikamızda keçirilən "Diqqət uşaqlar" təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin avtomobil müfəttişi, polis mayoru Dadaş İbrahimov, məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər arasında geniş fikir mübadiləsi aparılıb, onları düşündürən suallara aydınlıq gətirilib.

Oktyabrın 15-dək davam edəcək tədbirin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol polisinin tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə töhfəsinin artırılmasıdır.


Açar sözlər: ,  ,