14.10.2019

Milli Qəhrəman Samid İmanovun doğum günü qeyd edilib

Bu gün rayonun şəhər 1 və 4 saylı tam orta məktəblərində Milli Qəhrəman Samid İmanovun doğum günü qeyd olunub. Keçirilmiş anım tədbirində şagirdlər S.İmanovun ev muzeyini ziyarət edib və Milli Qəhrəmanın ailə üzvləri ilə görüşüb. Şagirdlər S.İmanovun evində yaradılmış guşələrə tamaşa edib və onlara Milli Qəhrəmanın keçdiyi həyat yolundan söhbət açılıb.

Xatırladaq ki, Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru olub. 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 2019-cu ilin aprel ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə Samid İmanovun vaxtilə bitirdiyi Neftçala  şəhər 1 saylı tam orta məktəbə onun adı verilib.


Açar sözlər: ,  ,