15.10.2019

“Ümumtəhsil məktəblərində təlim-tərbiyə işlərinə rəhbərlik və nəzarətin təşkili” mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbərliyi ilə rayonda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri baxımından “Ümumtəhsil məktəblərində təlim-tərbiyə işlərinə rəhbərlik və nəzarətin təşkili” mövzusunda seminar keçirilib.

Seminarda Rayon Təhsil Şöbəsinin müdiri Ə.Kərimov, ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri p.e.d., prof. Piralı Əliyev, ARTİ-nin Ümumtəhsil və məktəbdənkənar təhsil şöbəsinin müdiri p.f.d., dos. Bibixanım İbadova, ARTİ-nin Tədris resursları şöbəsinin müdiri p.f.d., dos. Asif Hacıyev, ARTİ-nin Təhsil nəzəriyyəsi şöbəsinin müdiri p.e.d., prof. İntiqam Cəbrayılov, ARTİ-nin Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri p.e.d., prof. Elxan Bayramov, məktəb direktorları, təşkilati işlər üzrə direktor müavinləri, müəllim və psixoloqlar iştirak ediblər.

Seminar bölmələr üzrə davam edib.