21.10.2019

Sınaq imtahanı keçirilib

Oktyabrın 19-da Təhsil nazirinin “2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” əmrinin icrası ilə əlaqədar rayonun  ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi üzrə sınaq imtahanları keçirilib.

Sınaq imtahanı 4 mərkəzdə - şəhər 1 saylı, Qədimkənd, Yuxarı Qaramanlı və Xolqaraqaşlı kənd tam orta məktəblərində keçirilib.


Açar sözlər: ,