Bu gün rayonun ümumtəhsil məktəblərində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirlər keçirilib.
Qeyd olunan tarixi günlə bağlı məktəbdə şer və inşa müsabiqələri də təşkil olunub, qaliblər mükafatlandırılıblar.
Tədbirlərdə şagirdlər bu günün tarixi əhəmiyyətini anladan çıxışlar edib, vətənpərvərlik hissini yüksəldən şeirlər söyləyib, müstəqillik illərində Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri qeyd edib, vətənə məhəbbət ruhunu əks etdirən mahnılar ifa ediblər.