22.10.2019

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Neftçala rayon Heydər Əliyev Mərkəzində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib.

Tədbirdə rayonun şəhər 1, 2, 3, 4 saylı məktəblərin və  humanitar təmayüllü “Muğan” liseyinin müəllim və şagird kollektivləri iştirak ediblər.

Şagirdlər yazıçının müxtəlif əsərlərindən səhnəciklər nümayiş etdiriblər. Eləcə də Cəlil Məmmədquluzadənin "Anamın kitabı", "Danabaş kəndinin əhvalatları", "Ölülər" əsərinin motivləri əsasında çəkilən filmlər də nümayiş etdirilib. 


Açar sözlər: ,  ,  ,