23.10.2019

Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş müzakirə keçirilib

Rayonun Aşağı Surra kənd tam orta məktəbində Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş müzakirə keçirilib.

Müzakirədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar.

Şagirdlər Nizami Gəncəvinin  yaradıcılığında özünəməxsus yer tutan qəzəllərindən parçalar söyləyib, eləcə də fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,  ,  ,