25.10.2019

Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbirlər keçirilib

Rayonun Qədimkənd və Mirqurbanlı kənd tam orta məktəblərində Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbirlər keçirilib.

Məktəb rəhbərliyi və kitabxanaçıların təşkilatçılığı ilə keçirilmiş tədbirlər dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirlərdə şagirdlərə “Beynəlxalq Məktəb Kitabxanaları Günü”nün  tarixi barədə qısa məlumat verilib. Ardınca şagirdlər oxuduqları əsərlərdən müxtəlif səhnəciklər nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,