29.10.2019

Təmizlik aksiyası keçirilib

Oktyabrın 26-da rayonun Mürsəqulu kənd tam orta məktəbində məktəb rəhbərliyinin təşkilatçılığı və yuxarı sinif şagirdlərin iştirakı ilə təmizlik aksiyası keçirilib. Şagirdlər məktəbin həyətyanı sahəsində ağaclar və gül kollarının diblərini  belləyib və təmizlik işləri aparıblar.

Aksiyanın keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji sağlamlığı təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.


Açar sözlər: ,  ,