29.10.2019

Atletika idman növü üzrə rayon birinciliyi keçirilib

Bu gün məktəblər arasında respublika çempionatı proqramına daxil olan atletika idman növü üzrə rayon birinciliyi keçirilib.

Rayon birinciliyində şəhər 1, 2, 3, 4, Muğan liseyi, Həsənabad, Bankə qəsəbə 1 və 2 saylı, Xıllı qəsəbə 1 saylı, Aşağı Surra, Mirqurbanlı, Qədimkənd, Qırmızıkənd kənd tam orta məktəblərinin V-VII sinif şagirdləri iştirak ediblər.

Yarışda I yerə Mirqurbanlı kənd tam orta məktəbi, II yerə Qırmızıkənd kənd tam orta məktəbinin komandası layiq görülüb.


Açar sözlər: ,