31.10.2019

"Nəsimi 650" adlı tədbir keçirilib

Bu gün rayonun Yeniqışlaq kənd ümumi orta məktəbində dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivləri iştirak edib. Çıxış edən müəllimlər Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edilməsini, onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olmasını şagirdlərin nəzərinə çatdırıblar.

Şagirdlər Nəsimi yaradıcılığından qəzəllər səsləndirib və “Nəsimi“ filmindən səhnəciklər nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,