01.11.2019

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilir

Bu gün rayonun Cəngən kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Məktəbin tarix müəllimi Şəhrəbanu Ağalarovanın təşkilatçılığı ilə keçirilmiş tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarının şagirdlərə izahı və təbliğ edilməsidir.

Xatırladaq ki, oktyabrın 20-dən başlayan “Uşaq hüquqları aylığı” noyabrın 20-ə qədər davam edəcək.


Açar sözlər: ,  ,  ,