01.11.2019

Voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

Bu gün məktəblər arasında respublika çempionatı proqramına daxil olan voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Rayon birinciliyində şəhər 1, 2, 3, 4, Muğan liseyi, Həsənabad, Bankə qəsəbə 1 və 2 saylı, Xıllı qəsəbə 1 saylı, Aşağı Surra, Mirqurbanlı, Qədimkənd, Qırmızıkənd kənd tam orta məktəblərinin V-VII sinif şagirdləri iştirak ediblər.

Qızlar arasında keçirilən yarışda I yerə şəhər 4 saylı, II yerə şəhər 2 saylı və III yerə isə Bankə qəsəbə 1 saylı tam orta məktəbin komandası layiq görülüb.


Açar sözlər: ,  ,