04.11.2019

“Uşaq hüquqları aylığı” davam edir

Bu gün rayonun F.Mustafayev adına Yenikənd kənd ümumi orta məktəbində Uşaq Birliyi Təşkilatının Rəhbəri N.Mənəfovanın təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

UBTR N.Mənəfova şagirdlərə onların hüquqları barədə məlumat verib və suallarını cavablandırıb.


Açar sözlər: ,  ,