04.11.2019

Şagirdlər Tarix - Diyarşünaslıq Muzeyində

Noyabrın 2-də rayonun Aşağı Surra kənd tam orta məktəbinin IX sinif şagirdləri Salyan Tarix - Diyarşünaslıq Muzeyində olublar.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutan ekskursiyada muzeyin əməkdaşları  əvvəlcə şagirdlərə rayonun tarixi barədə ətraflı məlumat veriblər.