04.11.2019

Basketbol  idman növü üzrə rayon birinciliyi keçirilib

Bu gün məktəblər arasında respublika çempionatı proqramına daxil olan basketbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Oğlanlar arasında keçirilən rayon birinciliyində şəhər 1, 2, 3, 4, Muğan liseyi, Həsənabad, Bankə qəsəbə 1 və 2 saylı, Xıllı qəsəbə 1 saylı, Aşağı Surra, Mirqurbanlı, Qədimkənd, Qırmızıkənd kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Yarışda I yerə Bankə qəsəbə 2 saylı, II yerə Bankə qəsəbə 1 saylı və III yerə isə Qırmızıkənd kənd  tam orta məktəbin komandası layiq görülüb.


Açar sözlər: ,