06.11.2019

“Bayraqdar” intellektual oyunu keçirilib

Bu gün rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Bayraqdar” intellektual oyunu keçirilib. Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumilikdə 40 nəfər şagirdin (hər komandada beşi qız beşi oğlan olmaqla 10 nəfər şagird) iştirakı ilə keçirilən oyunda “Muğan”, “Neftçala”, “Samid İmanov” və “Nizami Gəncəvi” komandaları mübarizə aparıblar. Komandalar verilən zaman müddətində əllərində olan xəritə üzrə müxtəlif məkanlarda (I məkan - Heydər Əliyev Mərkəzi, II məkan - Mədəniyyət şöbəsinin ərazisi, III məkan - şəhər 1 saylı tam orta məktəbin ətrafı, IV məkan - DAİM-in qarşısında Gənclər parkı) onları gözləyən əməkdaşları tapıb verilən sualların düzgün cavablarına müvafiq bayraq əldə edib saat əqrəbi istiqamətində bütün məntəqələri gəziblər. “Bayraqdar” intellektual oyununun rayonda ilk dəfə keçirildiyini və hər bir komandanın eyni sayda bayraq qazanmasını nəzərə alaraq ən tez gələn və ən çox sual cavablandıran komanda olmaqla iki komanda qalib seçilib.

Ən tez gələn komanda olaraq “Nizami Gəncəvi” komandası, ən çox suala cavab verən komanda olaraq isə “Samid İmanov” komandası mükafata layiq yer tutaraq Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar. Digər iki – “Muğan” və “Neftçala” komandaları isə oyunla fəal iştirakları ilə əlaqədar diplomla təltif edildilər.


Açar sözlər: ,  ,