04.11.2019

Şəhidin anım günü keçirilib

Bu gün rayonun Xolqaraqaşlı kənd tam orta məktəbin kollektivi və məktəbin bir qrup şagirdləri şəhid Ümidvar Quliyevin xatirəsini anıb, şəhidin ailə üzvləri ilə görüşüb, ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veriblər.

Sonra məktəb kollektivi şəhidin məzarını ziyarət edib,xatirəsini bir dəqiqəlik sükutla yad edib, önünə gül dəstələri düzüblər.

Məktəbin direktoru Ruhəngiz Nəcəfova şagirdlərə  şəhidin döyüş yolundan danışıb. Ardınca şagirdlər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,