05.11.2019

"Narkomaniya, erkən nigah və dini radikalizm bəşəriyyətin bəlasıdır” adlı marifləndirici tədbir keçirilib

Bu gün rayonun Boyat kənd tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Narkomaniya, erkən nigah və dini radikalizm bəşəriyyətin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, uşaq birliyi təşkilatı rəhbəri, müəllimlər və IX-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər belə tədbirlərin maarifləndirici əhəmiyyətindən danışıb, narkomaniya, erkən nigah və dini radikalizm və onların cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat veriblər.

Tədbirin sonunda mövzu ilə əlaqdar  videoçarx nümayiş edildi.


Açar sözlər: ,  ,  ,