07.11.2019

9 Noyabr – Bayraq Günü ilə əlaqədar tədbirlər keçirilib

Bu gün rayonun şəhər 3 saylı tam və Yeniqışlaq kənd ümumi orta məktəblərində 9 Noyabr – Bayraq Günü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə Rayon Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, veteran GÇHH müəllimləri,məktəb rəhbərlikləri, müəllim və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərdə dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışılıb. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırılıb.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırladıb, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayıb, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar.

Şagirdlərin ifasında vətənpərvərlik rəqsləri və bədii kompozisiyalar nümayiş olunub, şeirlər söylənib.


Açar sözlər: ,  ,  ,  ,