08.11.2019

"Bayrağımız qürur mənbəyimizdir!" adlı tədbirlər keçirilib

Rayonun bütün ümumtəhsil məktəblərində 9 Noyabr – Bayraq Gününə həsr edilmiş “Üçrəngli qürurum”, “Bayrağımız qürur mənbəyimizdir!” adlı tədbirlər keçirilib.

Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.

Tədbirlər dövlət himninin səslənməsiylə başlayıb. Tədbirdə çıxış edən şagirdlər bayrağın müqəddəs bir rəmz daşıdığını və bayrağa olan sevgilərini ifa etdikləri mahnı və şeirlərlə nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,