12.11.2019

12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbir keçirilib

Bugün rayonun humanitar təmayüllü “Muğan” lisey və II Qaralı kənd tam orta məktəbdə 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi,  pedaqoji kollektiv və məktəbin şagirdləri iştirak ediblər.

Çıxış edənlər 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi qeyd ediblər.

Tədbirin sonunda Konstitusiya tarixinə həsr olunan videoçarxlar göstərilib.


Açar sözlər: ,  ,  ,