12.11.2019

Şahmat idman növü üzrə rayon birinciliyi keçirilib

Bu gün məktəblər arasında respublika çempionatı proqramına daxil olan şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

Keçirilən rayon birinciliyində şəhər 1, 2, 3, Həsənabad, Bankə qəsəbə 1 saylı, Xıllı qəsəbə 1 saylı, Qədimkənd kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Yarışda I yerə şəhər 1 saylı, II yerə şəhər 2 saylı və III yerə isə Xıllı qəsəbə 1 saylı  tam orta məktəbin komandası layiq görülüb.