13.11.2019

GÇHH fənnindən açıq dərs

Bu gün rayonun 1 saylı Mayaq kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlığı  fənnindən açıq dərs keçirilib.

Keçirilmiş açıq dərsdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinin əməkdaşları, Neftçala Rayon Təhsil Şöbəsinin metodisti, məktəb rəhbərliyi, fənn müəllimi və sinif şagirdləri iştirak ediblər.

Şagirdlər əyani vəsaitlər vasitəsilə avtomat silahın quruluşu barədə məlumat alıblar.

Dərs şagidlərdə hərb sənətinə böyük marağın yaranmasına səbəb olub və eyni zamanda onlara yüksək vətənpərvərlik ruhu aşılayıb.


Açar sözlər: ,  ,  ,  ,