15.11.2019

“Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər yekunlaşıb

Rayonun şəhər 1 və 4 saylı, humanitar təmayüllü “Muğan” lisey,   Həsənabad, Xıllı qəsəbə 1 saylı, Qədimkənd, Xolqaraqaşlı kənd tam, Kürqarabucaq, Yenikənd, Yeniqışlaq, Mirzəqurbanlı, Aşağı Surra, Şorkənd və Qaraqaşlı kənd ümumi orta məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində müzakirə, diskussiya, dəyirmi masa və inşa-yazı, rəsm müsabiqələri keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri uşaq hüquqları barədə məlumatlandırmaqdır.

Tədbirlərdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivləri iştirak ediblər.


Açar sözlər: ,  ,  ,  ,