18.11.2019

Şagirdlər "Ölkəmizi tanıyaq" tur-aksiyasında

            Bu gün rayonun ümumtəhsil məktəblərindən 40 nəfər şagird "Ölkəmizi tanıyaq" tur - aksiyası çərçivəsində Qəbələ - Şəki - Zaqatala istiqamətində yola düşüblər. Məktəbliləri Neftçaladan Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları və müəllimlər yola salıblar.  Yola düşməzdən öncə tur – aksiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinə önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

             Səfər zamanı şagirdlər adı çəkilən rayonların tarixi mədəni abidələri ilə yaxından tanış olacaqlar.