25.11.2019

Şəhidin anım günü keçirilib

Bu gün rayonun Qırmızıkənd kənd tam orta məktəbində şəhid Əli Səmədovun anım günü keçirilib. Məktəbə adı verilən şəhidin anım günündə məktəb rəhbərliyi, şəhidin yaxın qohumları, məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru B.Cəbrayılov və çıxış edənlər  şəhidin keçdiyi qəhrəmanlıq yolundan söhbət açıb və qeyd ediblər ki, Ə.Səmədov 1992-ci il sentyabrın 22-də Çıldıran kəndində gədən döyüşlərdə qəhrəmancasına həlak olub.

Tədbir məktəbin şagirdlərinin vətənpərvərlik mövzusunda olan şeirlər söyləməsilə başa çatıb.


Açar sözlər: ,  ,  ,