27.11.2019

Ağacəkmə aksiyası keçirilib

Bu gün rayonun Astanlı kənd tam və Kürqarabucaq kənd ümumi orta məktəblərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Ekologiyanın, yaşıllıqların qorunması və çoxaldılması məqsədilə keçirilən aksiyada məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə aksiya çərçivəsində məktəbin həyətyanı sahəsində onlarla ağac tingləri əkilib.


Açar sözlər: ,  ,  ,