28.11.2019

“İsmayıl Şıxlı -100” adlı tədbirlər keçirilib

Bu gün rayonun şəhər 1 saylı tam, Yeniqışlaq kənd ümumi orta məktəblərində və humanitar təmayüllü “Muğan” liseydə İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

Keçirilmiş tədbirlərdə məktəb rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimləri, məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər yazıçının həyat və yaradıcılığından söhbət açıblar. Şagirdlər yazıçının əsərlərindən səhnəciklər nümayiş etdirib və tədbirin sonunda  “Dəli Kür” filminə tamaşa ediblər.


Açar sözlər: ,  ,  ,  ,