06.12.2019

Rayonun ümumtəhsil məktəblərində ağacəkmə kampaniyası keçirilir

Rayonun şəhər 1 saylı, Qaçaqkənd, Qırmızıkənd, II Qaralı, Ərəbqardaşbəyli  kənd tam və Mirzəqurbanlı kənd ümumi orta məktəblərində ağacəkmə kampaniyası  keçirilib.

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkədə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyasında məktəb rəhbərliyi, müəllim və şagird kollektivləri iştirak ediblər.

Aksiya zamanı məktəblərin həyətyanı sahəsində şam, küknar, sərv və digər ağaclar əkilib.


Açar sözlər: ,  ,  ,