12.12.2019

Ümummili lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib

Bu gün rayonun bütün ümumtəhsil məktəblərində Ümummili lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masalar, inşa-yazı və rəsm müsabiqələri keçirilib.

Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Tədbirlərdə ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.

"Mən fəxr edirəm ki, azərbaycanlıyam", "Dahi siyasətçi", “Xalqa bağışlanan ömür”,  “Heydər Əliyev irsini öyrənirik”, “Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir” və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,  ,