19.12.2019

Gənc müəllimlərlə görüş keçirilib

Bu gün Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə S.İmanov adına  şəhər 1 saylı tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərində çalışan gənc müəllimlərlə görüş keçirilib.

Görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Ə.Kərimov, təhsil şöbəsinin əməkdaşları, gənc məktəb rəhbərləri və son 5 ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək rayonda müvafiq vakansiyanı əldə edən müəllimlər iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi gənc müəllimlərin problemləri ilə daha yaxından maraqlanmaq və bu istiqamətdə onlara müvafiq köməkliklərin edilməsidir.

Tədbiri giriş sözü ilə açan təhsil şöbəsinin müdiri Ə.Kərimov belə tədbirlərin davamlı olacağını vurğulayıb.

Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi və inkişafı üçün atıla biləcək ən uğurlu addımlar müzakirə edilib, gənc müəllimlər arasında  qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.


Açar sözlər: ,  ,