25.12.2019

Şagirdlərimiz pankration idman növü üzrə turnirdə iştirak ediblər

Dekabrın 22-də rayonun Aşağı Qaramanlı kənd ümumi orta məktəbin V sinif şagirdi Hüseyn Hüseynli “31 Dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş pankration idman növü üzrə açıq Bakı turnirində I yerə layiq görülüb.

Rayonun Kürqarabucaq kənd ümumi orta məktəbin 4 nəfər şagirdi isə müxtəlif dərəcəli diplomlarla təltif ediliblər.


Açar sözlər: