27.12.2019

Məktəbəhazırlıq qrupunda “Yeni il şənliyi” keçirilib

Rayonun Ə.Piriyev adına şəhər 2 saylı tam orta məktəbin məktəbəhazırlıq qrupunda “Yeni il şənliyi” keçirilib.

Tədbirdə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar, onların müəllimləri və valideynləri iştirak ediblər.

Uşaqlar Yeni illə bağlı şeirlər söyləyib mahnılar ifa ediblər. Onların nümayiş etdirdiyi səhnəciklər maraqla qarşılanıb.

Şaxta baba və Qar qızın şənliyə gəlməsi onların sevincinə səbəb olub.


Açar sözlər: ,  ,