13.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa və fotosərgi keçirilib

Rayonun şəhər 3 saylı və Aşağı Qaramanlı kənd ümumi orta məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa və fotosərgi keçirilib. Tədbirlərdə məktəb rəhbərlikləri, müəllim və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər 3 saylı tam orta məktəbin tarix müəllimləri G.Kərimova və A.Vəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat veriblər.

Aşağı Qaramanlı kənd ümumi orta məktəbin kitabxanasında isə 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş kitabların və fotoşəkillərin sərgisi keçirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,