17.01.2020

20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib

Bu gün rayonun bütün ümumi təhsil məktəblərində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. 

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət etməkdir.

Bununla yanaşı, rayonun bütün ümumtəhsil məkəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olunub, mühazirə və "Dəyirmi masalar" da keçirilib. 


Açar sözlər: ,  ,  ,  ,  ,  ,