30.01.2020

Xıllı qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri ekskursiyada

Yanvarın 27-də rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəbin bir qrup ibtidai sinif şagirdləri Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər.

Şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar. Onlara mərkəzin bələdçiləri tərəfindən ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən eksponatlar haqqında söz açılıb.


Açar sözlər: