31.01.2020

“Gənclər günü” ilə bağlı dəyirmi masa keçirilib

Bu gün rayonun Heydər Əliyev Mərkəzində 2 fevral "Gənclər günü" ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Vasif Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Təhsil  Şöbəsinin müdiri Əjdər Kərimov və rayonun ümumtəhsil məktəblərində təhsildə nailiyyətləri ilə fərqlənən bir qrup gənc iştirak edib.

Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev tədbiri giriş sözü ilə açaraq dövlət tərəfindən istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasında həyata keçirilən layihələrdən, idmanın inkişafı və kütləviliyinin artırılması istiqamətində atılan addımlardan bəhs edib.

Tədbirin sonunda rayonun ictimai həyatında fəal iştirak edən və təhsildə nailiyyətlərinə görə fərqlənən gənclər fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,