17.02.2020

Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib

Fevralın 17-də Neftçala şəhər 3 saylı tam orta məktəbdə VII sinif şagirdlərinə "Xocalı soyqırımına düzgün qiymət verilməsi" adlı mühazirə oxunub.  Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülay Abdulhüseynovanın oxuduğu mühazirədə şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilərək bildirilib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Çünki Xocalıda baş verən faciə təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.Bu kütləvi qırğında 613 nəfər insan həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülüb.
          Tədbirin sonunda şagirdlərlə birlikdə Xocalı soyqırımı ilə bağlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,