21.02.2020

“Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş tədbir keçirilib

Bu gün rayonun Xolqaraqaşlı kənd tam orta məktəbində “Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş tədbir keçirilib. Məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Ülkər İbrahimovanın təşkilatçılığı ilə keçirilmiş tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ruhəngiz Nəcəfova açaraq Ana dili Günü ilə bağlı şagirdlərə ətraflı məlumat verib.O, çıxışında qeyd edib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i “Beynəlxalq Ana Dili Günü” elan edilib.

Tədbir videoçarxlar, eləcə də şagirdlərin ifasında şeir, mahnı, aforizmlər səsləndirilməsi ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,