26.02.2020

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissləri aşılanıb.

Tədbirlər  Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri keçirilib.

Qeyd edək ki, təhsil müəssisələrinin müəllim və şagird kollektivinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsinə ziyarəti də təşkil olunur.


Açar sözlər: ,  ,