06.03.2020

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə rayonda fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Bununla yanaşı rayonun ümumtəhsil məktəblərində koronovirus infeksiyası ilə əlaqədar olaraq şagirdlərlə ciddi profilaktik söhbətlər aparılıb. Koronovirusla bağlı şagirdlər, müəllimlər, texniki işçilər tam məlumatlandırılıb və bu virusla mübarizə üçün bütün təlimat şagirdlərə verilib.

Qeyd edək ki, rayon üzrə bütün ümumtəhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

 


Açar sözlər: