11.03.2020

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər üçün Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Neftçala rayonu üzrə alternativ qeydiyyat mərkəzi rayon təhsil şöbəsində təşkil olunub. Vətəndaşlar həftənin I-V günləri saat 09:00-dan 18:00-a qədər müraciət edə bilərlər.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Açar sözlər: ,