13.03.2020

Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyənlərin nəzərinə

Cari ilin mart ayı ərzində yaranan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul edilmiş müəllimlərin daimiləşmə müsabiqəsində iştirakının təmin edilməsi məqsədilə elektron sənəd qəbulunun müddəti uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 13-19 mart tarixlərində   http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə biləcəklər.

Nəzərinizə çatdırırıq ki,  daimiləşmə müsahibələrinin keçiriləcəyi tarix məlum deyil. Elektron sənəd qəbulu başa çatdıqdan sonra bu barədə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.


Açar sözlər: ,