16.03.2020

Azərbaycan, rus bölmələri və məktəbəhazırlıq qrupları üçün 16 mart dərs cədvəli

“Mədəniyyət” və “ARB Günəş” kanallarında  yayımlanan “Dərs vaxtı” verilişinin martın 16-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Qeyd edək ki, martın 16-dan etibarən rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün də teledərslərə start verilir.

 Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.


Açar sözlər: