04.05.2020

Onlayn şahmat turniri keçirilib

23 və 24 aprel tarixlərində Neftçala Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü Neftçala Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə onlayn şahmat turniri keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd xüsusi karantin rejimi dövründə #EvdəQal çağırışına qoşularaq yeniyetmə və gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda bu idman növünə həvəsin daha da artırılmasıdır. 30- a yaxın iştirakçı ilə keçirilən şahmat turnirinin qalibləri aşağıdakı kimidir:


I yer - 4-cü sinif şagirdi Xəlilli Hüseyn Nurlan oğlu;
II yer - 6-cı sinif şagirdi Nəzərov Ağarza Elmar oğlu;
III yer - 8-ci sinif şagirdi Muradov Alim Bəxtiyar oğlu.⠀


Açar sözlər: