30.06.2020

Rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün müsahibə keçirilib

12 iyun və 30 iyun 2020-ci il tarixlərində Neftçala Rayon Təhsil Şöbəsində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu üçün müsahibə keçirilib.

Neftçala RTŞ-nin əməkdaşının sədrlik etdiyi müsahibə komissiyanın tərkibi peşəkarlığı, obyektivliyi, uşaqlarla işləmə bacarığı olan və rus dilində sərbəst danışa bilən bu bölmə üzrə ibtidai sinif müəllimlərindən təşkil  edilib.

Müsahibə zamanı 7 nəfər şagirdin qiymətləndirilməsi aparılıb. Müsahibələrin sonunda müsahibə ilə bağlı sənədlər Təhsil Nazirliyinə təqdim edilib.