Kərimov Əjdər Abasət oğlu

Müdir

 

Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu 1961- ci il oktyabrın 19- da Neftçala rayonu I Qaralı kəndində anadan olmuşdur.

1969- cu ildə Neftçala rayonu Qədimkənd kənd tam orta məktəbinin I sinfinə daxil olmuş, 1979- cu ildə həmin məktəbin X sinfini bitirmişdir.

1979- cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya- biologiya fakultəsinə daxil olmuşdur. 1984- cü ildə həmin fakultəni bitirmişdir. Həmin il təyinatla Neftçala rayonuna göndərilmiş və rayonun Qədimkənd kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. 

1996- cı ildən 1999- cu ilədək həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1999- 2000- ci dərs ilindən yeni yaradılmış Aşağı Qaramanlı kənd ümumi orta məktəbinə direktor təyin olunmuş və 2007- ci ilin mart ayına kimi həmin vəzifədə işləmişdir.

2007- ci ilin mart ayının 14- dən Neftçala rayon Təhsil Şöbəsinin müdiri vəfizəsinə təyin edilmiş və hal- hazıra kimi bu vəzifədə çalışır.

2012-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Əjdər Kərimov Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.