24.06.2016

6 yaşı 16 sentyabr-31 dekabr müddətində  tamam olan xüsusi istedadlı uşaqlarını vaxtından əvvəl I sinfə qəbul etdirmək istəyən valideynlərin nəzərinə !

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində qeydiyyata alınacaqdır. 

Qeydiyyat üçün yaşadıqları ərazidə yerləşən məktəb rəhbərliklərinə və ya,rayon Təhsil Şöbəsində fəaliyyət göstərən komissiyanının üzvü Safadir Məmmədova müraciət oluna bilər.

Qeydiyyat üçün lazım olan sənədlər aşağdakılardır:

1.Valideynin ərizəsi

2. 2 ədəd 3x4 də formatında  foto şəkil 

3.Doğum haqqında şəhadətnamə əsli və surəti

4.Sağlamlıq haqqında tibbi arayış

Məlumat üçün bildiririk ki,müsahibə 26,29,30,31 avqust və 5,6,7 sentyabr 2016-cı iltarixlərində Neftçala şəhər 4 saylı tam orta məktəbində  keçiriləcəkdir.

Müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.

Aşağıdakı zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:

1. Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi

2. Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi. Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.

3. Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.

4. Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.

5. Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi.

6. Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.