28.03.2017

Neftçala Rayon Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəblərinin müəllimlərini “Ən yaxşı dərs nümunəsi” müsabiqəsində iştirak etməyə  dəvət edir.

 

Neftçala Rayon Təhsil Şöbəsi rayon üzrə ümumtəhsil məktəblərin bütün müəllimlərini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 –cü ildönümunə həsr olunmuş “Ən yaxşı dərs nümunəsi” müsabiqəsində iştirak etməyə  dəvət edir.

Müsabiqədə bütün fənn müəllimləri  iştirak etmək hüququna malikdir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər adı, soyadı, məktəbi, ixtisası, neçənci sinifdə dərs keçəcəyi, dərsin mövzusunu qeyd etməklə məlumatları 08 aprel 2017-cı il tarixinə qədər vuqar-26@mail.ru ünvanına  göndərməlidir. Sifarişin çap versiyası yuxarıda göstərilən tarixə qədər məktəbin direktoru tərəfindən imzalanmış və möhürlənmiş formada təhsil şöbəsinə təqdim olunmalıdır.

Müsabiqə sənədlərin qəbulu, dərslərin keçirilməsi və nümayişi olmaqla iki mərhələdən ibarətdir.Müsabiqədə nümayiş etdiriləcək dərslər 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Hər bir müəllimin yekun qiyməti bütün dərslər nümayiş olunduqdan sonra elan ediləcək və qalib seçiləcəkdir.